XİN-dən Qazaxıstan paylaşımı

XİN-dən Qazaxıstan paylaşımı
SİYASƏT 25 Oktyabr 2026 13:00

Azərbaycan Xarici İşlər Nazirliyi Qazaxıstanı Milli Günü münasibətilə təbrik edib.

Redaktor.az xəbər verir ki, bu barədə XİN-in sosial şəbəkə hesabında paylaşım edilib.

“Qazaxıstanın Milli Günü münasibətilə qardaş Qazaxıstan xalqına və Qazaxıstan Respublikası Hökumətinə səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq!

Azərbaycan Qazaxıstanla strateji tərəfdaşlığa böyük önəm verir və iki ölkə arasındakı dostluq əlaqələrini daha da dərinləşdirməyə sadiqdir.

Milli Gününüz mübarək olsun!”, - paylaşımda bildirilir.

XİN-dən Qazaxıstan paylaşımı