Türkiyəli məşhur müğənni vəfat etdi

Türkiyəli məşhur müğənni vəfat etdi
Dünya 24 Oktyabr 2026 18:27

Türkiyəli məşhur müğənni Nevzat Doğansoy vəfat edib.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, müğənni qaraciyər çatışmazlığı səbəbindən bir müddətdir xəstəxanada müalicə alırdı.

Qeyd edək ki, "Nev" ləqəbi ilə tanınan 57 yaşlı müğənni "Zor", "Sən kimi", "Möhürlü qədərim" kimi məşhur mahnıları ifa edib.