Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib
Dünya 24 Oktyabr 2026 14:37

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya husilərin Taif və Yanbu şəhərləri istiqamətində atdığı iki ballistik raketin zərərsizləşdiriliyini açıqlayıb.

Sitat.info xəbər verir ki, bununla bağlı “Reuters“ xəbər yayıb.

Səudiyyə Ərəbistanının Mülki Müdafiə Xidməti Taif və Yanbu, eləcə də Məkkə şəhərində və ölkənin ikinci ən böyük şəhəri olan Ciddədə potensial təhlükə ilə bağlı qısa müddətlik xəbərdarlıq elan edib.

Təxminən 10 dəqiqədən sonra xidmət təhlükənin sovuşduğunu bildirən yeni bildirişlər yayılıb.