Metropoliten rəisinə yeni müavin təyin olunub - Foto

Metropoliten rəisinə yeni müavin təyin olunub - Foto
HADİSƏ 22 Oktyabr 2026 13:42
“Bakı Metropoliteni” QSC İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müavin təyin olunub.

Sitat.info xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 12 oktyabrda Sərəncam imzalayıb.

Sərəncama əsasən, bu vəzifəyə Zaur Nağıyev gətirilib.

O bu təyinata qədər “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin İdarə Heyəti sədrinin müavini olub.