Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir 

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir 
Dünya 21 Oktyabr 2026 21:26

"İranın arsenalında ABŞ-nin "bütün bombaların anası" adlandırılan bombasından daha güclü sursat var".

Sitat.info xəbər verir ki, bunu ölkənin Daxili İşlər Nazirliyinin nümayəndəsi Əli Zeynivənd bildirib.

"Onlarda "bütün bombaların anası" varsa, bizdə də "bütün bombaların nənəsi" var", - deyə Zeynivənd bildirib.

O, Tehranın Vaşinqtonun istifadə edə biləcəyi istənilən silaha cavab vermək imkanına malik olduğunu vurğulayıb.

Bundan əvvəl CNN telekanalı mənbələrinə istinadən ABŞ-nin İrana zərbələr endirmək üçün qeyri-rəsmi olaraq "bütün bombaların anası" adlandırılan GBU-43/B (MOAB) aviabombasından istifadə edə biləcəyini bildirmişdi. Məlumata görə, mümkün hücumların hədəfi İranın enerji infrastrukturu və nüvə obyektləri ola bilər. Bombanın çəkisi 9.5 tondan çoxdur./Oxu.az