Azərbaycanda məktəblərdə bu qadağa tətbiq edilir

Azərbaycanda məktəblərdə bu qadağa tətbiq edilir
TƏHSİL 21 Oktyabr 2026 16:30
Azərbaycanda məktəblərdə “Tiktok”a çıxış məhdudlaşdırılıb.

Sitat.info xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri” mövzusunda keçirilən Ailə Forumunda deyib.

Onun sözlərinə görə, həmçinin 

məktəblərdə 200-dən çox zərərli kontentləri özündə əks etdirən görüntülərə də məhdudiyyət tətbiq olunub:

“Həmin görüntülər cinayət, narkotik, şiddət və s. məzmunlar daşıyırdı. Təbii ki, bu məhdudlaşma təkcə 

məktəblə bitməməlidir. Ailədə də uşaqların bu kimi məzmunlardan və platformalardan uzaq durmasına nəzarət edilməlidir”.