Noyabrda 5 günlük tətil olacaq – TARİXLƏR

Noyabrda 5 günlük tətil olacaq – TARİXLƏR
Gündəm 21 Oktyabr 2026 13:51

Noyabrın 16-dan dövlət ümumi təhsil müəssisələrində 2026/2027-ci tədris ili üzrə payız tətili başlayacaq.

Sitat.info xəbər verir ki, payız tətili noyabrın 16-dan 20-dək davam edəcək.

Qeyd edək ki, noyabrın 21-i və 22-si şənbə və bazar günlərinə təsadüf edir.

Beləliklə, şagirdlər üçün ilk dərs günü noyabrın 23-ü olacaq.