Dani Olmo derbini buraxacaq

Dani Olmo derbini buraxacaq
İdman 21 Oktyabr 2026 13:34

“Barselona”nın futbolçusu Dani Olmo zədə səbəbindən “Real”a qarşı keçiriləcək matçda iştirak edə bilməyəcək.

Sitat.info xarici KİV-ə istinadən xəbər verir ki, 28 yaşlı oyunçunun sağalması növbəti müayinələrində bəlli olacaq.

Xatırladaq ki, ispaniyalı oyunçu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda PSJ-yə uduzduqları (2:4) matçda zədələnmişdi.