"Azərbaycanın regionlarının şəhərlə fərqi yoxdur" - Siyavuş Novruzov

\"Azərbaycanın regionlarının şəhərlə fərqi yoxdur\" - Siyavuş Novruzov
SOSİAL 21 Oktyabr 2026 11:30

"Regionların sosial-iqtisadi inkişafı Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biridir. Bu gün Azərbaycanın regionlarının şəhərlə fərqi yoxdur. Elə inkişaf edir ki, orada tikilən məktəblər, çəkilən yollar, qurulan körpülər ayrı-ayrı şəhərlərdəkindən heç cür fərqlənmir".

Sitat.info xəbər verir ki, bunu Milli Məclisdə keçirilən "Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışından irəli gələn regional inkişaf və yerli özünüidarəetmə sahəsində vəzifələr və çağırışlar” mövzusunda konfransda çıxışı zamanı deputat Siyavuş Novruzov deyib.

"Regionların bu formada inkişaf etdirilməsi, əhalinin regionlara qayıtması, yeni iş yerlərinin açılması vacib elementlərə çevrilib. O cümlədən işğaldan azad olunan ərazilərimizdə bu addımlar geniş şəkildə atılır", - deyə deputat bildirib.