PSJ-dən əzmkar qələbə, “Fənərbaxça”dan isə yenə fiasko - ÇL-də gecənin nəticələri   

PSJ-dən əzmkar qələbə, “Fənərbaxça”dan isə yenə fiasko - ÇL-də gecənin nəticələri   
İdman 21 Oktyabr 2026 08:10

UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün Liqa mərhələsinin üçüncü turunun ilk matçları baş tutub.

Sitat.info xəbər verir ki, gecən mərkəzi qarşılaşmasında Fransa nəhəngi PSJ “Barselona”nı sınağa çəkib.

Görüş parislilərin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Ötən turda “Aston Villa”ya səfərdə uduzan Türkiyənin “Fənərbaxça” komandası isə bu dəfə Çexiya təmsilçisi “Slaviya Praqa” ilə 2:2 hesablı heç-heçəyə razılaşıb.

Çempionlar Liqasında qeydə alınan nəticələri təqdim edirik:

“Mançester Siti” (İngiltərə) – AEK (Yunanıstan) — 5:1

“Liverpul” (İngiltərə) – “Vilyarreal” (İspaniya) — 4:3

“Napoli” (İtaliya) – “Budo-Qlimt” (Norveç) — 4:3

PSJ (Fransa) – “Barselona” (İspaniya) — 4:2

“Portu” (Portuqaliya) – PSV (Niderland) — 0:1

“Roma” (İtaliya) – “Slovan Bratislava” (Slovakiya) — 4:0

“Ştutqart” (Almaniya) – “Atletiko Madrid” (İspaniya) — 1:1

“Fənərbaxça” (Türkiyə) – “Slaviya Praqa” (Çexiya) — 2:2

“Sabah” (Azərbaycan) – “Borussiya Dortmund” (Almaniya) — 1:2