“Borussiya”nın rəsmi hesabı “Sabah”ın futbolçusunun müsahibəsini paylaşdı - Video

“Borussiya”nın rəsmi hesabı “Sabah”ın futbolçusunun müsahibəsini paylaşdı - Video
İdman 20 Oktyabr 2026 16:31

Bu gün Çempionlar Liqasında “Sabah”la qarşılaşacaq “Borussiya” (Dortmund) klubunun media əməkdaşları “Sabah”ın alman futbolçusu Coy-Lens Mikelsdən müsahibə alıb.

Sitat.info xəbər verir ki, dortmundlular həmin müsahibəni sosial şəbəkələrdə “Mehriban həmkar” başlığı ilə paylaşıblar. 

Qeyd edək ki, “Sabah” – “Borussiya” matçı bu gün saat 20:45-dən etibarən Bakı Olimpiya Stadionunda oynanılacaq.