"Qalatasaray" "Mançester Yunayted"in kapitanını heyətinə qatmaq istəyir
Türkiyənin “Qalatasaray” klubu “Mançester Yunayted”in yarımmüdafiəçisi Brunu Fernandeşin transferində maraqlıdır.
Sitat.info xəbər verir ki, bu barədə “Fanatik” nəşri məlumat yayıb.
32 yaşlı Portuqaliya millisinin üzvü cari mövsümə uğursuz başlayıb və İngiltərə klubunun rəhbərliyi ilə narazılıq yaşayır. Təcrübəli futbolçunun müqavilə müddəti gələn yay başa çatır. “Mançester Yunayted”in müqaviləni daha bir il uzatmaq hüququ olsa da, tərəflərin yolları ayırma ehtimalı yüksəkdir.