"Şamaxı" "Şəfa"ya qalib gəldi
Misli Premyer Liqasında VIII turun açılış matçında "Şamaxı" "Şəfa"ya qalib gəlib.
Sitat.info xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan matç ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda ilk iki qol qonaq komandadan gəlib. Elnur Cəfərov (5) və Rauf Hüseynli (56-pen.) paytaxt təmsilçisinin qollarının müəllifi olublar. Bölgə təmsilçisinin heyətində isə Joao Oliveyra (65), Həbib İsmayılov (81) və Rikardo
Apolinario (90+5-pen.) diqqət mərkəzinə düşüblər.
Qeyd edək ki, "Şamaxı" 13 xalla turnir cədvəlində beşinci sırada qərarlaşıb. 3 xalı olan "Şəfa" isə onbirincidir. VIII tura oktyabrın 18-də yekun vurulacaq.