Lavrov İrana gedir
Rusiyanın xarici işlər naziri Sergey Lavrov oktyabrın 19-u İrana işgüzar səfər edəcək
Sitat.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Səfər çərçivəsində onun iranlı həmkarı Abbas Əraqçi ilə görüşü planlaşdırılıb.
Danışıqlar zamanı Yaxın Şərqdəki mövcud vəziyyətin, o cümlədən İran ətrafında cərəyan edən hadisələrin müzakirə olunacağı bildirilir.