Məktəbin şüşələrini sındıran şəxs həbs edildi

Məktəbin şüşələrini sındıran şəxs həbs edildi
KRİMİNAL 16 Oktyabr 2026 10:00
Abşeron rayonunun Xırdalan şəhərində yerləşən orta məktəblərdən birinin şüşələri gecə saatlarında daş parçaları ilə sındırılıb.

Sitat.info xəbər verir ki, xuliqanlıq hərəkətləri törədən Bəxtiyar Muradov polis tərəfindən saxlanılaraq həbs edilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.(APA)