Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı

Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı
KRİMİNAL 13 Oktyabr 2026 13:35
Oktyabrın 12-də paytaxtın Yasamal rayonunda yerləşən orta məktəblərin birində yanğın törətməyə cəhd göstərilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Sitat.info-ya verilən məlumata görə, polis tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Məhəmməd İsmayılov, eləcə də həmin məktəbin 10 və 11-ci sinif şagirdi olan daha 5 nəfər saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı