"Bandotdel" əməliyyat keçirib: Sədr həbs edilib
“Azərbaycan Vətənpərvərlər” İctimai Birliyinin sədri Elvin Mahmudzadə və eyni ictimai birliyin əməkdaşı Səbuhi Məmmədovun həbs ediib.
Sitat.info-nun məlumatına görə, E.Mahmudzadə və S.Məmmədov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb ediliblər.
Onlara qarşı Cinayət Məcəlləsinin 182.2.4 (hədə-qorxu ilə xeyli miqdarda pul və ya əmlak tələb etmə) maddəsi ilə ittiham elan edilib.
Hər iki şəxs barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.