ABŞ-da təyyarə qəzaya uğradı: 6 nəfər öldü 

ABŞ-da təyyarə qəzaya uğradı: 6 nəfər öldü 
HADİSƏ 25 Noyabr 2026 13:13

ABŞ-ın Missisipi ştatında kiçik təyyarənin dənizə düşməsi nəticəsində 6 nəfər ölüb.

Sitat.info xəbər verir ki, ölənlərdən ikisi 8 və 10 yaşlı uşaqlar, digərləri isə yetkin şəxslərdir.

“Cessna 210” tipli təyyarə Luiziana ştatının Yeni Orlean şəhərindən Florida ştatına uçurmuş.

ABŞ Sahil Mühafizəsi təyyarənin qalıqlarını və sərnişinlərin meyitlərini aşkar edib.

Qəzanın səbəbi hələ məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.

Tehran,
Sitat.info