Bakıda 29 yaşlı oğlan küçədə öldü

Bakıda 29 yaşlı oğlan küçədə öldü
HADİSƏ 24 Noyabr 2026 15:52

Bakıda gənc oğlan küçədə vəfat edib.

Sitat.info xəbər verir ki, hadisə noyabrın 23-ü saat 12 radələrində Nəsimi rayonu Topçubaşov küçəsində baş verib.

Sumqayıt şəhər sakini 1997-ci il təvəllüdlü F.Nurəliyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti səkidə tapılıb.

Faktla bağlı araşdırmalar Nəsimi Rayon Prokurorluğu tərəfindən aparılır.