Türkiyədə keçmiş nazir ev dustaqlığına buraxıldı

Türkiyədə keçmiş nazir ev dustaqlığına buraxıldı
Dünya 24 Noyabr 2026 15:44

Türkiyənin keçmiş ailə və sosial xidmətlər naziri Fatma Betül Sayan Kaya ev dustaqlığına buraxılıb.

Sitat.info “Hürriyet”ə istinadən xəbər verir ki, sabiq nazirin ölkədən çıxışına da qadağa qoyulub.

Xatırladaq ki, Fatma Betül Sayan Kaya noyabrın 5-də İstanbul Baş Prokurorluğunun apardığı kapital bazarları araşdırması çərçivəsində “kapital bazarı qanununu pozmaq” və “cinayət törətmək üçün yaradılmış təşkilata üzvlük” ittihamları ilə həbs olunmuşdu.