İran ABŞ-a meydan oxudu: "Bizi blokadaya almaq mümkün deyil!”

İran ABŞ-a meydan oxudu: \"Bizi blokadaya almaq mümkün deyil!”
Gündəm 24 Noyabr 2026 13:38

İranın xarici işlər naziri Abbas Araqçi ölkəsinin quru sərhədlər vasitəsilə tam blokadaya alınmasının çətin olduğunu bildirib.

Sitat.info xəbər verir ki, bu barədə İranın ISNA agentliyi məlumat yayıb.

Araqçinin sözlərinə görə, İranın böyük ərazisi, çoxsaylı əyalətləri və qonşu ölkələrlə geniş sərhədləri ABŞ-ın sanksiyalarına qarşı mübarizədə ölkəyə əlavə imkanlar yaradır.

O bildirib ki, sərhədyanı bölgələrdə qonşu ölkələrlə ticarət, insanların sərbəst gediş-gəlişi, eləcə də tarixi və mədəni əlaqələr İran üçün alternativ yollar açır.

Nazir hesab edir ki, ABŞ və digər rəqibləri İranın qarşısında müəyyən yolları bağlamağa çalışsalar da, ölkənin sərhəd bölgələrindəki əlaqələr bu məhdudiyyətləri aşmağa kömək edə bilər.

Aytac,

Sitat.info