Ada Süleymanın öldüyü qəzanın təfərrüatı   

Ada Süleymanın öldüyü qəzanın təfərrüatı   
Gündəm 23 Noyabr 2026 19:11

Gecə saatlarında Bakıda tanınmış aparıcı Ada Süleyman və tanışının öldüyü qəza ilə bağlı bəzi təfərrüat məlum olub.

Sitat.info oxu.az-a istinadla xəbər verir ki, Ada Süleyman məclis başa çatandan sonra ayıq sürücü sifariş edib. Ayıq sürücü vaxtında gəlib və Ada Süleyman sürücüdən onu evlərinə aparmağı xahiş edib.

O, sürücünün xidmət haqqını da ödəyib. Lakin sonda onun tanışı Anar Kərimov ayıq sürücüdən imtina edib və aparıcını özünün aparacağını deyib. A.Kərimov ayıq sürücünü geri qaytarıb və özü sükan arxasına əyləşib. Restorandan ayrılandan təxminən 10-15 dəqiqə sonra onlar yüksək sürətlə qarşıda gedən DAF markalı yük avtomobilinə çırpılıblar. Hadisə nəticəsində sürücü və tanınmış aparıcı hadisə yerində dünyasını dəyişiblər.