İtaliyanın XİN rəhbəri Şəhidlər xiyabanını ziyarət etdi
İtaliyanın xarici işlər naziri Antonio Tayani Bakıda Şəhidlər xiyabanını ziyarət edib.
Sitat.info xəbər verir ki, nazir bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Bakıda Şəhidlər xiyabanını ziyarət etdim. Azadlıq uğrunda həyatını itirənlərin, nifrət və zülm qurbanlarının hamısının xatirəsini ehtiramla yad edirəm”, – deyə Tayani bildirib.