Ceyhun Bayramov Ermənistanın yeni Konstitusiya layihəsinin təqdimatından danışdı

Ceyhun Bayramov Ermənistanın yeni Konstitusiya layihəsinin təqdimatından danışdı
SİYASƏT 23 Noyabr 2026 15:00

Azərrbaycan xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın yeni Konstitusiya layihəsinin təqdimatından danışıb.

Sitat.info xəbər verir ki, Ceyhun Bayramov italiyalı həmkarı, Baş nazirin müavini və xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani ilə Bakıda keçirdiyi birgə mətbuat konfransında Ermənistanın Baş Naziri Nikol Paşinyanın bu gün yeni Konstitusiya mətnini açıqladığını vurğulayıb.

"Bu barədə hər hansı şərh vermək istəməzdim. Bu, Ermənistanın daxili məsələdir. Azərbaycanı maraqlandıran yeganə məsələ mövcud Konstitusiyada Azərbaycana qarşı ərazi iddialarıdır".