Paşinyandan yeni Konstitusiya ilə bağlı ilk açıqlama
Sitat.info xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında yazıb.
Hökumət başçısı yeni yaradılmış xüsusi internet saytı vasitəsilə Ermənistan Respublikasının yeni Konstitusiya layihəsini dərc edib:
“Əziz xalq, Ermənistan Respublikasının əziz vətəndaşları!
Ermənistan Respublikasının yeni Konstitusiya layihəsini məhz bu məqsədlə yaradılmış xüsusi internet saytı vasitəsilə təqdim etməkdən məmnunam. Sayt hər bir vətəndaşın yeni Konstitusiya layihəsi ilə tanış olmasını və təkliflərini təqdim etməsini mümkün qədər rahat etmək məqsədilə yaradılıb.
Saat 10:00-da canlı yayımda müraciətlə çıxış edəcəyəm.
Bu, sənin Konstitusiyandır!”.
Ermənistanın yeni Konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı Müstəqillik Bəyannaməsinə istinad yoxdur. Rəsmi Bakı yekun sülh sazişinin imzalanması üçün bunun Konstitusiyadan çıxarılmasını tələb edirdi.