Xoşqədəm Hidayətqızından Elgiz Əkbərə dəstək: “Sözünü deyib, doğru da deyib”

Xoşqədəm Hidayətqızından Elgiz Əkbərə dəstək: “Sözünü deyib, doğru da deyib”
Gündəm 21 Noyabr 2026 20:07

Aparıcı Elgiz Əkbərə dəstək verənlərin sayı artmaqda davam edir.

Sitat.info xəbər verir ki, Zaur Baxşəliyevdən sonra tanınmış aparıcı Xoşqədəm Hidayətqızı da həmkarına dəstəyini nümayiş etdirib.

O, Elgiz Əkbərin televiziyalarda yayımlanan proqramlarla bağlı səsləndirdiyi fikirlərlə razılaşdığını bildirib:

“Elgiz sözünü deyib, doğru da deyib. Əslində, onun dediklərini tamaşaçılar deməliydi ki, indi fərq nədir?”

Xatırladaq ki, aparıcı Elgiz Əkbər sosial şəbəkədə yayımlanan verilişində hazırda televiziyalarda nümayiş etdirilən sosial proqramları tənqid edib.

“Öz verilişinizə baxın. Yenə pəncərədən qaçanlar, kol-kosda gedib gəzənlər, ərinə xəyanət edənlər o verilişdədir də? Orada başqa siz guya nə danışırsınız ki, sosial deyil?”

Onun bu fikirləri müzakirələrə səbəb olub. Verilişləri bağlanan bir sıra aparıcılar da Elgiz Əkbərə dəstək nümayiş etdiriblər (musavat.com).