Bakıda yeni avtobus marşrutu fəaliyyətə başlayır - FOTO
57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır.
Sitat.info xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Vətəndaşların rahat gediş-gəlişinin və ictimai nəqliyyata əlçatanlığının təmin edilməsi məqsədilə 57B nömrəli müntəzəm avtobus marşrutu yaradılır.
Noyabrın 23-dən fəaliyyətə başlayacaq yeni marşrut xətti Məhəmməd Hadi küçəsini (metronun "Həzi Aslanov" stansiyasının yaxınlığı) Kazımağa Kərimov küçəsi (Sabah City) ilə əlaqələndirəcək.
"Bakubus" MMC-yə məxsus marşrut xəttində 4 avtobus 15 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərəcək.
Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 60 qəpik müəyyən edilib.
