"Barselona" Bakıya nə vaxt gəlir?

\"Barselona\" Bakıya nə vaxt gəlir?
İdman 20 Noyabr 2026 15:00

UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda Bakıda "Sabah"la qarşılaşacaq "Barselona"nın Azərbaycana səfər tarixi bəlli olub.

Sitat.info xəbər verir ki, bu barədə Bakı təmsilçisidən Azərtac-a məlumat verilib.

Bildirilib ki, İspaniya klubu noyabrın 23-ü axşam saatlarında paytaxtımızda olacaq.

Qeyd edək ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" - "Barselona" matçı saat 21:45-də start götürəcək.