Rusiya Kiyevdə Avropa diplomatiyasını hədəfə aldı: İki ölkənin səfirliyi vuruldu

Rusiya Kiyevdə Avropa diplomatiyasını hədəfə aldı: İki ölkənin səfirliyi vuruldu
Dünya 20 Noyabr 2026 12:20

 Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə endirdiyi zərbələr nəticəsində Avstriya və Niderland səfirliklərinin binalarına ziyan dəyib.

Sitat.info xəbər verir ki, bu barədə beynəlxalq media qurumları məlumat yayıb.

Hücum zamanı diplomatik nümayəndəliklərin yerləşdiyi ərazidə partlayışlar baş verib. Səfirliklərin binalarında pəncərələr sınıb, ərazidəki avtomobillər zədələnib. İlkin məlumata görə, hadisə nəticəsində diplomatik nümayəndəliklərin əməkdaşları arasında xəsarət alan olmayıb.

Hadisə Avropa ölkələrində Ukraynadakı diplomatik nümayəndəliklərin təhlükəsizliyi ilə bağlı narahatlığı artırıb. Diplomatik missiyalar beynəlxalq hüquqa əsasən xüsusi müdafiə statusuna malikdir. Buna baxmayaraq, müharibə şəraitində onların yerləşdiyi ərazilər də hücumların təsirinə məruz qala bilir.

Qeyd edək ki, Kiyev son dövrlərdə Rusiyanın raket və pilotsuz uçuş aparatları ilə hücumlarının əsas hədəflərindən biri olaraq qalır.  Səfirlik binalarına dəyən ziyanın diplomatik münasibətlərə necə təsir edəcəyi isə diqqət mərkəzindədir.

Nigar,

Sitat.info