ABŞ-da qızılca təhlükəsi böyüyür – daha bir ölüm qeydə alındı

ABŞ-da qızılca təhlükəsi böyüyür – daha bir ölüm qeydə alındı
SOSİAL 19 Noyabr 2026 20:25

ABŞ-ın Pensilvaniya ştatında qızılca ilə əlaqəli səkkizinci ölüm hadisəsi qeydə alınıb.

Sitat.info-nun Reuters-ə istinadən  məlumatına görə, 2026-cı ildə ştatda xəstəliyə yoluxanların sayı 1 589 nəfərə çatıb.

Yoluxmalar 46 rayonda qeydə alınıb, 315 nəfər xəstəxanaya yerləşdirilib. Yoluxanların təxminən 32 faizini 18 yaşdan kiçik şəxslər təşkil edir.

Eyni zamanda, Panamerika Səhiyyə Təşkilatı ABŞ, Meksika və Boliviyanın qızılcanın aradan qaldırıldığı ölkə statusunu itirdiyini açıqlayıb. Buna səbəb xəstəliyin həmin ölkələrdə uzun müddət yerli yoluxma zəncirləri ilə yayılmasıdır.

Mütəxəssislər qızılcanın qarşısını almaq üçün əhalinin təxminən 95 faizinin peyvəndlənməsinin vacibliyini bildirirlər.

hadisələr peyvəndlənmə səviyyəsinin azalmasının ictimai sağlamlıq üçün ciddi təhlükə yaratdığını bir daha göstərir.

Tehran,

Sitat.info