Cənubi Koreyanın ixracı 1 trilyon dolları keçdi – Dünyada dördüncü oldu

Cənubi Koreyanın ixracı 1 trilyon dolları keçdi – Dünyada dördüncü oldu
TƏHLİL 19 Noyabr 2026 19:04

Cənubi Koreyanın illik ixracı 1 trilyon dollar həddini keçərək ölkə tarixində yeni rekord müəyyənləşdirib.

Sitat.info xəbər verir ki, beləliklə də  Cənubi Koreya bu göstəriciyə çatan dünyada dördüncü ölkə olub.

Reuters-in məlumatına görə, buna əsas səbəb süni intellekt texnologiyalarına artan tələbat və yarımkeçirici çiplərin ixracındakı kəskin yüksəlişdir.

2026-cı ilin ilk doqquz ayında ölkənin çip ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 184 faiz artıb. Yarımkeçiricilər ümumi ixracın 42 faizini təşkil edib.

Almaniya, ABŞ və Çindən sonra bu göstəriciyə çatan Cənubi Koreya süni intellekt bazarının əsas iqtisadi qaliblərindən biri kimi qiymətləndirilir. Bununla belə, yüksək faiz dərəcələri, bahalaşma və daxili tələbatın zəifliyi ixrac artımının əhalinin gündəlik həyatına təsirini məhdudlaşdırır.

Seul hökuməti gələcək texnologiyalara və sənaye sahələrinə investisiyaları artırmağı planlaşdırır. 

Seymur,

Sitat.info