İrandan Hürmüz boğazı ilə bağlı açıqlama: “Nəzarət bizdədir”

İrandan Hürmüz boğazı ilə bağlı açıqlama: “Nəzarət bizdədir”
TƏHLİL 27 Oktyabr 2026 14:14

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Əli Abdullahi Hörmüz boğazı sahilində yerləşən hərbi hissələrə baxış keçirib.

Sitat.info xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

Abdullahi bildirib ki, İran İnqilab Keşikçiləri Korpusu Fars körfəzi sahillərinə, adalara və Hörmüz boğazına nəzarət edir. Onun sözlərinə görə, ABŞ prezidentinin boğazın açıq olması ilə bağlı açıqlamalarına baxmayaraq, strateji su yolu tamamilə bağlıdır və İran Silahlı Qüvvələrinin nəzarəti altındadır.

İranlı general Tehranın müəyyən etdiyi marşrutdan kənar keçməyə çalışan gəmilərin təhlükəsizliyini riskə atacağını da bildirib. O, İran qüvvələrinin əvvəlki dövrlərlə müqayisədə daha yüksək döyüş hazırlığı vəziyyətində olduğunu və müasir avadanlıqlarla təchiz edildiyini vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp isə Hörmüz boğazına nəzarətin Vaşinqtonda olduğunu və neft daşımalarının müharibədən əvvəlki səviyyədə həyata keçirilməsini təmin etdiklərini iddia edib. O, İrana qarşı dəniz blokadasının da davam etdiyini bildirib.

Tehran,

Sitat.info