Müharibədə yeni mərhələ! Zelenski xəbərdarlıq  etdi – Neftayırma zavodları hədəfdə...

Müharibədə yeni mərhələ! Zelenski xəbərdarlıq  etdi – Neftayırma zavodları hədəfdə...
TƏHLİL 05 Oktyabr 2026 15:23

 Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın enerji obyektlərinə hücumlarına cavab olaraq neft emalı zavodlarını və müharibəni maliyyələşdirən digər enerji obyektlərini hədəf alacaqlarını bildirib.

Sitat.info xəbər verir ki, Zelenski Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələr endirdiyini və buna cavab verməli olduqlarını deyib.

Ukrayna lideri həmçinin Rusiyanın qış öncəsi hücum planlarında məktəb və xəstəxanaların da hədəf olduğunu iddia edib.

Zelenski Ukraynanın cavab zərbələrinin mülki infrastruktura deyil, Rusiyanın müharibəni maliyyələşdirən enerji obyektlərinə yönələcəyini vurğulayıb.

ABŞ Prezidenti Donald Tramp isə qlobal dizel qiymətlərinin artmasına səbəb olduğu üçün Ukraynanın Rusiyanın enerji obyektlərinə hücumlarını dayandırmasını istəmişdi.

Tehran,

Sitat.info