Şəkidə küçə iti 4 yaşlı uşağı dişlədi

Şəkidə küçə iti 4 yaşlı uşağı dişlədi
HADİSƏ 21 Noyabr 2026 14:14

Şəkidə azyaşlı küçə itinin hücumuna məruz qalıb.

Sitat.info xəbər verir ki, hadisə bu gün şəhərin Salman Mümtaz küçəsində baş verib.

Belə ki, Bakı şəhər sakini olan 4 yaşlı S.B-ni küçə iti dişləyib.

Azyaşlı Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona sağ budun yuxarı üçdəbir hissəsinin deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.