Azərbaycandakı vəziyyəti hər zaman yaxından izləmişik" - Vyetnam Prezidenti

Azərbaycandakı vəziyyəti hər zaman yaxından izləmişik\" - Vyetnam Prezidenti
SİYASƏT 21 Noyabr 2026 11:45
Biz Azərbaycandakı vəziyyəti hər zaman yaxından izləmişik. Mükəmməl rəhbərliyinizlə Azərbaycanın əldə etdiyi mühüm nailiyyətlər münasibətilə Sizi təbrik etmək istərdim

Sitat.info xəbər verir ki, bu sözləri Vyetnam Prezidenti To Lam Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşdə deyib.

O, həmçinin bildirib: “Son illərdə Azərbaycanın ümumi daxili məhsulu artmaqda davam edir. Əhalinin həyat səviyyəsi daim yaxşılaşır və Azərbaycanın beynəlxalq aləmdəki mövqeyi davamlı olaraq güclənib. Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik”.