Məktəblinin meyiti evində tapıldı

Məktəblinin meyiti evində tapıldı
HADİSƏ 21 Noyabr 2026 10:50
Xaçmaz rayonunda məktəbli qızın meyiti tapılıb.

Sitat.info xəbər verir ki, 15 yaşlı A.B.-nin meyiti evdə yaxınları tərəfindən aşkar olunub.

Hələlik onun ölüm səbəbi dəqiq məlum deyil.

Mərhumun Xaçmaz rayon, Ləcət kənd tam orta məktəbinin 9-cu sinif şagirdi olduğu bildirilir.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.