Cinayətdə şübhəli bilinən 64 nəfər saxlanıldı

Cinayətdə şübhəli bilinən 64 nəfər saxlanıldı
KRİMİNAL 21 Noyabr 2026 10:39
Noyabrın 20-də ölkə ərazisində qeydə alınan 92, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən Sitat.info-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 118, o cümlədən borclu şəxs qismində axtarışda olan 97 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 20 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.