Putin səhvən Polşaya dronlar və iki kiçik raket göndərib - Tramp

Putin səhvən Polşaya dronlar və iki kiçik raket göndərib - Tramp
Dünya 20 Noyabr 2026 17:32

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin səhvən Polşaya pilotsuz uçuş aparatları və iki kiçik raket göndərdiyini iddia edib.

Sitat.info xəbər verir ki, Tramp bunu “Fox News” telekanalına müsahibəsində deyib.

“Mən bununla bağlı heç nə edə bilmərəm. Putin səhvən Polşaya dronlar və bir-iki kiçik raket göndərir”, – Tramp bildirib.