Gürcüstanda matəm elan edildi

Gürcüstanda matəm elan edildi
Dünya 20 Noyabr 2026 11:00
Kvemo Poniçalada yaşayış binasının uçması nəticəsində həlak olanların xatirəsinə noyabrın 22-də Gürcüstanda matəm günü elan edilib.

Sitat.info xəbər verir ki, hökumətin qərarı ilə matəm günündə Gürcüstanın bütün ərazisində dövlət bayraqları yarıya endiriləcək.

Noyabrın 19-da Poniçalada yaşayış binasında baş verən qaz partlayışı dağıntılarla nəticələnib. Hadisə nəticəsində altı nəfər həlak olub, beş yaralı isə klinikalara yerləşdirilib.