Bakı–Balakən qatarının hərəkəti bərpa edilir

Bakı–Balakən qatarının hərəkəti bərpa edilir
SOSİAL 20 Noyabr 2026 09:57
Noyabrın 20-dən "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin Bakı–Balakən–Bakı marşrutu üzrə müntəzəm sərnişindaşıma xidməti bərpa olunur.

Sitat.info xəbər verir ki, qatar Bakı Dəmir Yolu Vağzalından saat 23:30-da yola düşəcək, saat 08:10-da Balakən Dəmir Yolu Vağzalına çatacaq. Əks istiqamətdə qatar saat 21:10-da hərəkət edərək saat 06:01-də Bakı Dəmir Yolu Vağzalında olacaq.

Bu marşrut üzrə sərnişindaşıma xidməti sel hadisəsindən zərər görmüş Qax-Zaqatala dəmir yol xəttinin təmiri ilə əlaqədər avqustun 1-dən müvəqqəti dayandırılmışdı.