Qış gəlir: Avtomobilinizin bu 5 hissəsini yoxlamasanız, yolda qala bilərsiniz

Qış gəlir: Avtomobilinizin bu 5 hissəsini yoxlamasanız, yolda qala bilərsiniz
SOSİAL 19 Noyabr 2026 19:12

Havaların soyuması ilə əlaqədar avtomobillərin qış mövsümünə hazırlanması vacib məsələlərdən birinə çevrilir. Sürücülər yolda təhlükəsizlik və avtomobilin nasazlıq riskini azaltmaq üçün bir sıra məqamlara diqqət yetirməlidirlər.

Sitat.info xəbər verir ki, ilk növbədə avtomobilin təkərləri yoxlanılmalı, qış şəraitinə uyğun şinlərdən istifadə edilməlidir. Akkumulyatorun vəziyyəti, antifrizin səviyyəsi və mühərrik yağının uyğunluğu da yoxlanılmalıdır.

Bundan başqa, şüşəsilənlərin işlək vəziyyətdə olması, şüşəyuyan mayenin donmaya davamlı olması və əyləc sisteminin sazlığı yoxlanılmalıdır.

Mütəxəssislər sürücülərə qış mövsümündə avtomobildə ehtiyat ləvazimatlar saxlamağı, sürət həddinə əməl etməyi və buzlu yollarda daha ehtiyatlı hərəkət etməyi tövsiyə edirlər.

Unutmayın ki, avtomobilin qışa düzgün hazırlanması həm sürücünün, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır.