Alzheimer xəstəliyinin gedişatını müəyyən edən yeni qan testi hazırlanıb

Alzheimer xəstəliyinin gedişatını müəyyən edən yeni qan testi hazırlanıb
SOSİAL 19 Noyabr 2026 19:30

Alimlər Alzheimer xəstəliyinin inkişaf mərhələsini müəyyən etməyə kömək edə biləcək yeni qan testi üzərində araşdırma aparıblar.

Sitat.info-nun Reuters-ə istinadən məlumatına görə, yeni test beyində tau zülalının yığılmasını əks etdirən xüsusi biomarkeri – eMTBR-tau göstəricisini ölçür.

Bu zülalın beyində toplanması sinir hüceyrələrinin fəaliyyətinə mənfi təsir göstərir. İndiyədək istifadə edilən bir çox qan testləri əsasən xəstəliyin erkən bioloji dəyişikliklərini müəyyən etməyə yönəlib. Yeni üsul isə xəstəliyin hansı mərhələdə olduğunu qiymətləndirməyə və müalicə qərarlarına kömək edə bilər.

Bu, xüsusilə klinik sınaqlara uyğun xəstələrin seçilməsi baxımından əhəmiyyətlidir. Bununla belə, test hələ gündəlik tibbi praktikada istifadə üçün hazır deyil və müstəqil diaqnostika vasitəsi hesab olunmur. 

Tehran,

Sitat.info