Ərəb Parlamenti Britaniya və Avstraliyanın İsrailə qarşı sanksiyalarını dəstəklədi

Ərəb Parlamenti Britaniya və Avstraliyanın İsrailə qarşı sanksiyalarını dəstəklədi
Dünya 20 Noyabr 2026 14:37

 Ərəb Parlamenti Böyük Britaniya və Avstraliyanın Fələstin torpaqlarında qanunsuz yaşayış məntəqələri salan İsrail şirkətləri və şəxslərə qarşı sanksiyalarını alqışlayıb.

Sitat.info "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, parlament bildirib ki, bu addım İsrailin məskunlaşma siyasətində iştirak edənlərin məsuliyyətə cəlb olunması üçün vacibdir. Ərəb Parlamenti digər ölkələri də oxşar sanksiyalar tətbiq etməyə çağırıb. Həmçinin fələstinlilərə hücum edən israillilərə qarşı ciddi tədbirlərin görülməsini istəyib.

Bəyanatda vurğulanıb ki, İsrailin yaşayış məntəqələrini genişləndirməsinə qarşı yalnız etiraz bəyanatları kifayət deyil, real addımlar atılmalıdır.

Qurum İsrailin Fələstin ərazilərini işğalına son qoyulmasını və paytaxtı Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasını tələb edib.

Qeyd edək ki, beynəlxalq hüquqa görə, İsrailin İordan çayının qərb sahilində saldığı yaşayış məntəqələri qanunsuz hesab olunur.

Aytac,

Sitat.info