Məsciddən imamın telefonunu oğurladı, özününkünü orada unutdu
Türkiyənin Bursa şəhərinin Orhangazi rayonunda məsciddən pul və imamın mobil telefonunu oğurlayan şübhəli şəxs, hadisə yerində öz telefonunu unudub.
Sitat.info “TRT Haber”ə istinadən xəbər verir ki, sübh namazı üçün Qazi Orhanbəy Məscidinə gələn imam, otağının qarət olunduğunu görüb polisə məlumat verib.
Hadisə yerinə gələn polis qrupları məscidin təhlükəsizlik kameralarının qeyd cihazının sındırıldığını, şübhəli şəxsin isə məscidə aid 6000 türk lirəsini və imamın mobil telefonunu oğurladığını müəyyən ediblər.
İmamın otağına baxış keçirilən zaman, məscid heyətindən heç kimə məxsus olmayan və oğruya aid olduğu ehtimal edilən bir mobil telefon tapılıb.
Şübhəli şəxsin tutulması istiqamətində araşdırmalara başlanılıb.