Təbii qazın dəyəri 4%-dən çox artdı

Təbii qazın dəyəri 4%-dən çox artdı
İQTİSADİYYAT 21 Noyabr 2026 09:30
Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkaları bahalaşıb.

Sitat.info xəbər verir ki, əmtəə bazarlarında təbii qazın fyuçersləri 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 4.38% dəyər qazanaraq 3.4110 ABŞ dollarına bərabər olub.

Niderlandın "Title Transfer Facility" (TTF) platformasında qazın meqavat-saatının dəyəri isə 4.73% artaraq 88.45 avroya bərabər olub.