“Brent” nefti bahalaşdı

“Brent” nefti bahalaşdı
İQTİSADİYYAT 19 Noyabr 2026 09:06
"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin yanvar müqaviləsinin dəyəri 0,18% artaraq 1 barelə görə 92,12 ABŞ dolları təşkil edib.

Sitat.info-nun məlumatına görə, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin dekabr ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 0,17% azalaraq 83,12 ABŞ dollarına bərabər olub.