Tanınmış aparıcıya vəzifə verildi

Tanınmış aparıcıya vəzifə verildi
Gündəm 18 Noyabr 2026 14:52

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində Rəqəmsal kommunikasiya şöbəsinə yeni müdir təyin olunub.

Sitat.info xəbər verir ki, bu vəzifəyə tanınmış aparıcı Günel Qədimova təyinat alıb.

"Artıq peşəkar fəaliyyətimi DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində Rəqəmsal kommunikasiya şöbəsinin müdiri vəzifəsində davam etdirirəm" , - deyə G.Qədimova bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl "Xəzər Xəbər"in aparıcısı Günel Qədimova kanalla yollarını ayırdığını bildirmişdi.