Qəbələdə dava: həmkəndlisinin qulağını dişləyərək qopardı

Qəbələdə dava: həmkəndlisinin qulağını dişləyərək qopardı
HADİSƏ 18 Noyabr 2026 13:27
Qəbələ rayonu Dızaxlı kəndində qeyri-adi xuliqanlıq hadisəsi baş verib.

Sitat.info lent.az-a istinadla xəbər verir ki, kənd sakini, R.M. münaqişə zəminində həmkəndlisi, A.A.nın sol qulağını dişləyərək qoparıb.

Məlumata görə, tərəflər arasında torpaq sahəsi ilə bağlı münaqişə yaranıb.

R.M. saxlanılıb.

Araşdırma aparılır.