Əhaliyə şad xəbər: Orta aylıq pensiya 56 manat artdı 

Əhaliyə şad xəbər: Orta aylıq pensiya 56 manat artdı 
SOSİAL 18 Noyabr 2026 11:36
Azərbaycanda orta aylıq pensiya bir il ərzində təxminən 56 manat artaraq 595,8 manata çatıb

Dövlət Statistika Komitəsindən Sitat.info -ya  bildirilib ki, oktyabrın 1-nə olan məlumata görə, orta pensiya ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz artıb. Bu məbləğ ölkə üzrə orta aylıq əməkhaqqının 50,8 faizinə bərabər olub.

Yaşa görə orta aylıq pensiya 633,5 manat, ailə başçısını itirməyə görə 600,5 manat, əlilliyə görə isə 480,4 manat təşkil edib.