Ötən il Almaniya ilə ticarət dövriyyəsi 1,4 milyard dollar təşkil edib”

Ötən il Almaniya ilə ticarət dövriyyəsi 1,4 milyard dollar təşkil edib”
SİYASƏT 18 Noyabr 2026 11:23
Azərbaycanla Almaniya arasında bu günə qədər 80 müxtəlif sənəd, saziş, razılaşma imzalanıb və qüvvədədir. Hazırda 10 sənəd üzrə işlər davam etdirilir”.

xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Yohan David Vadefulla birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2025-ci ildə Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsi 1,4 milyard dollar təşkil edib. Azərbaycanın Almaniyaya investisiyaları  950 milyon dollar, Almaniyadan ölkəmizə edilən yatırımlar isə  670 milyon dollar təşkil edib.Nazir Azərbaycanda 208 Almaniya şirkətinin qeydiyyatdan keçdiyini, onlardan 210-nun aktiv fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

C.Bayramov həmçinin bu ildən Azərbaycandan Almaniyaya qaz təchizatına başlanıldığını və bununla da boru vasitəsilə 16 ölkəyə qaz təchizatının təmin edildiyini diqqətə çatdırıb.

///Qafqazinfo